Yaponiaylı futbolçu Türkiyə klubundan imtina edib

"Latsio" klubunun yaponiyalı futbolçusu Daiçi Kamada "Qalatasaray"ın təklifi geri çeivirib. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi İtaliya klubu ilə müqaviləni uzatmayacağını bildirib. 

"Qalatasaray"Avropa klublarının istədiyi futbolçuya təklif göndərsə də Daiçi Kamada Türkiyə klubuna keçməkdən imtina edib. 

Qeyd edək ki, yaponiyalı futbolçu bu mövsüm çıxdığı 22 oyunda 1 qol, 1 asistlə yadda qalıb.