Yaponiyalı futbolçu üçün mövsüm erkən bitib
"Brayton"un yaponiyalı futbolçu üçün mövsüm başa çatıb.
Sportline.az xəbər verir ki, İngiltərə klubunun həkimləri sol cinah hücumçusu Kaoru Mitomanın zədəli olduğunu və mövsüm sonuna kimi komandaya kömək edə bilməycəyini bildiriblər.
Komandanın baş məqşçisi De Zerbi də açıqlamasında Mitoma üçün mövsümün başa çatdığını ən az 5 ay yaşıl meydanlardan uzaq qalacağını deyib.
Qeyd edək ki, Kauro Mitoma bu mövsüm "Brayton" forması ilə çıxdığı 26 oyunda 3 qol, 6 asistlə yadda qalıb.