Yaşıl meydanlara geri döndü
Bir dönəm “Roma”, “Lion” və “Nyukasl”da cıxış edən və 2020-ci ildən bəri klubsuz olan Yanqa-Mbiva yaşıl meydanlara geri qayıdıb.
Sportline.az xəbər verir ki, 34 yaşlı fransalı futbolçu 4 il sonra Fransa 5-ci liqa komandalarından “İstres” ilə müqavilə imzalayıb.
Təqdimat mərasiminin ardından futbolçu “Buradakı maraqlı lahiyə məni kluba cəld etdi. Meydanlara qayıtmaq istədim. Təcrübələrimi gənç oyunçulara ötürməyə çalışacam. ”Lion”dan ayrıldıqdan sonra bir müddət istirahət etdim. Ailəm və dostlarımla əyləncəli vaxt keçirdim”, - deyə fikirlərini bölüşüb.