Yenidən "Fənərbağça"da oynayacaq

2 mövsüm “Fənərbağça”nın formasını geyinən Atilla Salayi yenidən kluba qayıda bilər. 

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, 13,2 milyon avroya “Hoffenhaym” klubuna transfer olunan futbolçu ümidləri doğrultmayıb. 

Almaniya təmsilçisi bu səbəbdən Atilla Salayini icarə əsasında klubdan göndərmək qərarına gəlib. 

“Fənərbağça” rəsmiləri isə təcrübəli sol cinah hücumçusunu yenidən komandaya qaytarmaq niyyətindədirlər.

Qeyd edək ki, Atilla Salayi “Hoffenhaym” forması ilə cəmi 4 oyunda meydana çıxıb.