Yerri Mina "Barsa" ilə vidalaşır?
"Barselona"nın müdafiəçisi Yerri Mina karyerası haqda suallara aydınlıq gətirib. SportLine.az xəbər verir ki, Kolumbiyanın paytaxtı Boqotada təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran müdafiəçi "Barselona"da çətin günlər yaşadığını deyib:
"Barselona"da oynamaq bütün futbolçuların arzusudur. Mənim də karyeramın ən möhtəşəm hadisəsi bu komandaya transfer olunmağımdır. Amma bu komandada çox çətin günlər yaşadım. Heyətdən kənarda qaldım. Oyun praktikasının azlığı milli komandada hiss etdim. Dünya çempionatının ilk oyununda gərgin idim. İstədiyim kimi oynaya bilmədim. Amma sonra hər şey qaydasına düşdü".
Futbolçu növbəti mövsüm ərəfəsində "Barselona"nı tərk edə biləcəyini də söyləyib:
"Barselona" Kleman Lanqle ilə anlaşıb. Onun komandaya gəlişi mənim də karyeram haqda bəzi qərarlar qəbul etməyimi şərtləndirir. Bu, ola bilsin, komandadan ayrılmağıma səbəb olacaq. Ancaq indidən bu barədə nəsə demək doğru olmaz".
Qeyd edək ki, "Everton" Y.Minanın xidmətində maraqlıdır. Bir neçə gün öncə İngiltərə mətbuatının yaydığı xəbərdə Liverpul təmsilçisinin "Barselona"ya 24 milyon avro ödəməyə hazır olduğu deyilirdi.