Yunanıstan mediası Fatih Terimi tənqid edib
Yunanıstan mediası baş məşqçi Fatih Terimi tənqid atəşinə tutub.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, təcrübəli mütəxəsisin çalışdırdığı "Panatinaikos" klubu "Lamia" ilə görüşdə 2-2 hesablı heç-heçəyə razılaşıb.
yunanıstan mediası isə :"İlk 20 dəqiqədə 2 futbolçu zədələndi. Taktikada problemlər var idi və kim harada nə edəcəyini bilmirdi. Bu gözlədiyimiz futboldan çox uzaqdır",-deyə paylaşım edib.
Qeyd edək ki, Fatih Terim "Panatinaikos" klubunu mövsümün 2-ci yarısından etibarən çalışdırmağa başlayıb.