Yürqen Klopp maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb
“Liverpul”un baş məşqçi Yurqen Klopp Liqa kubokunun finalında “Çelsi” üzərində qazanılan qələbədən (1-0) sonra maraqlı fikirlər səsləndirib.
Sportline.az xəbər verir ki, mütəxəssis BBC-yə verdiyi müsahibədə:“20 illik karyeramda bu ən xüsusi kubokdur. Bu çox qeyri-adi idi.Burada baş verənlər tam dəlilikdir,belə şeylər mümkün deyil.Komanda , heyət ,xarakterlə dolu akademiya.Bunun bir parçası ola bildiyim üçün qürur duyuram”,-deyib
Xatırladaq ki,Klopp mövsümün sonu komandadan ayrılacağını bildirmişdi.Almaniyalı mütəxəssis açıqlamasında artıq məşqçilik işi üçün enerjisinin qalmadığını demişdi.Klopp 2015-ci ildən “Liverpul”a rəhbərlik edir.Onun başçılığı altında komanda 8 kubok qazanıb.