Yurgen Klopp Məhəmməd Salah haqqında danışıb

Yurgen Klopp Afrika Millətlər Kubokunda zədələnən Məhəmməd Salah haqqında açıqlama verib. 

Sportline.az idman jurnalisti Fabritsio Romanonun paylaşımına istinadla xəbər verir ki, təcrübəli mütəxəssis :"Salahın Misirdə və ya Afrikada müalicə almasını istəmədik. Orada yanlış hərəkət ulduz futbolçunun tamamilə yaşıl meydanlardan kənar qalmsına səbəb ola bilər. İngiltərəyə gətirməyimizin tək səbəbi budur", - deyib. 

Qeyd edək ki, baş məşqçi Salahın zədəsini sağaltdıqdan sonra yenidən milli komandaya qayıda biləcəyini bildirib.