Yürqen Klopp milli komandanı çalışdıra bilər
Almaniyada Klopp üçün yeni iddialar ortaya atılıb.
Sportline.az Bild-ə istinadən xəbər verir ki, Almaniya Futbol Federasiyası “Liverpul”un çalışdırıcısını 2026-cı il Dünya Çempionatında Almaniya futbol milli komandasının baş məşqçisi kimi görmək istəyir.
Mənbənin xəbərinə görə, alman futbol rəsmiləri mütəxəssisi 2025-ci ilin martından millinin başında görmək istəyirlər.
Hazırki baş məşqçi Julian Naqelsmann Almaniya millisini tərkl edərsə, Klopp gələnə qədər Sandro Vaqner müvəqqəti olaraq milliyə rəhbərlik edəcək.
Qeyd edək ki, Klopp daha əvvəl verdiyi açıqlamada mövsümün sonunda “Liverpul”dan ayrılacağını bildirmişdi.