Yürqen Klopu özündən çıxaran zarafat

"Liverpul" klubunun baş məşqçicisi Yürqen Klop jurnalist Markus Buklandın zarafatına sərt reaksiya verib.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, Amazon Praymın jurnalisti təcrübəli mütəxəssisə "Krsital Pelas" oyunun saatının dəyişdirildiyini və günorta keçiriləcəyini deyib. 

Yürqen Klop isə daha öncə açıqlamasında "saat 2-və ya 3-də futbol oynamaq çətin olur. Ümid edirəm ki, bunu nəzərə alacaqlar",- demişdi. Jurnalistin bu sözləri lağa qoyması baş məşqçini özündən çıxarıb. Tərcübəli çalışdırıcı Markus Buklanda " Sən bizim əziyyətlərimizdən xəbərsizsən. İndi evə gedirik, bəlkə də gecə 2-də çatacağıq. Yenidən oyanıb çətin oyuna hazırlanacağıq. Əgər sən bu dediyin şeyi zarafat sayırsansa sadəcə olaraq cahilsən",-deyib.

Qeyd edək ki, ötən gecə keçirilən "Şeffıld Yunayted" "Liverpul" görüşü qonaqların 2-0 hesablı qələbəsi ilə başa çatıb.