"Yuventus" gənc futbolçu ilə yollarını ayırır

"Yuventus"  türkiyəli  gənc futbolçu Kənan Yıldızı maliyyə problemləri ilə əlaqədar olaraq komandadan göndərmək qərarına gəlib.

Sportline.az Aspor.com.tr-yə istinadla xəbər verir ki, İtaliya klubu 18 yaşlı  futbolçu üçün 35 milyon avro tələb edib."Liverpul"un rəsmi təklif hazırladığı və qış transfer pəncərsində Kənan Yıldızı heyətinə qatmaq istədiyi bildirilib.

Türkiyə nəhəngi "Qalatasaray"da futbolçunu transfer etmək istəsə də "Yuventus" 35 milyon avro tələb etdiyindən keçid alımayıb. 

Qeyd edək ki, Kənan Yıldız bu mövsüm "Yuventus" forması ilə çıxdığı 10 oyunda 1 qol 1 asistlə yadda qalıb.