"Yuventus" Lokatellinin "telinə vurulub"

"Yuventus" futbolçusunu komandada saxlamaq istəyir.

Sportline.az məşhur insayder Fabritsio Romanoya istinadla xəbər verir ki, "Qoca sinyora" yarımmüdafiəçisi Manuel Lokatelli ilə uzunmüddətli müqavilə imzalamağa yaxındır.

Futbolçu yeni sözləşmə üçün yaxın vaxtda danışıqlara başlanacaq. Yarımmüdafiəçinin hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.

Lokatelli cari mövsüm "Yuventus"da 10 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.