"Yuventus" ulduz futbolçu ilə danışıqlara başladı

"Yuventus" futbolçusu Paulo Dibala ilə yeni müqavilə imzalamaq istəyir.

Sportline.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bununla bağlı tərəflər arasında danışıqlar aparılır. Bildirilir ki, Turin klubu argentinalı hücumçu ilə müqavilənin müddətini 2024-cü ilin yayına kimi uzatmağı düşünür. Ancaq "Yuventus"a Dibalanın istəklərini təmin etmək üçün illik 10 milyon avro lazım olduğu vurğulanıb.

Qeyd edək ki, Dibala bu mövsüm 16 matçda 7 qol vurub, 3 qolun ötürməsini verib.