"Yuventus"da Merih Demiral şoku

“Yuventus” türkiyəli müdafiəçisi Merih Demiralla qışda yolları ayıra bilər.

Sportline.az “La Gazetta dello Sport”a istinadən xəbər verir ki, Turin klubunda əsas heyətə düşməkdə çətinlik çəkən futbolçu ilə "Atletiko" (Madrid), "Milan" və "Mançester Yunayted" maraqlanır.

"Yuventus" Merih Demiralın yerinə, Daniel Ruqani ilə də yolları ayıra bilər. Xəbərdə qeyd edilib ki, "Qoca sinyora" qış fasiləsində Ruqani və ya Demiralı satacaq.

Türkiyə millisinin üzvü bu mövsüm “Yuventus”da bir oyun keçirib.

“Fənərbağça”da yetişən 21 yaşlı futbolçu “Sportinq” (Lissabon), “Alanyaspor” və “Sassuolo” klublarında da çıxış edib. “Yuventus” Türkiyə yığmasında 10 oyun keçirən oyunçunu bu yay “Sassuolo”dan 18 milyon avroya transfer edib.