"Yuventus"da son vəziyyət

“Yuventus” mövsümün sonu bəzi aparıcı futbolçularının komandadan ayrılacağını istisna edir.

Sportline.az xəbər verir ki, bu barədə “Tuttosport” məlumat yayıb.

Klubda qalacağı qətiləşən futbolçular sırasında Kriştiano Ronaldo, Matteys de Liqt, Merih Demiral, Corco Kyellini və Rodriqo Bentakurun adları çəkilir.

“Yuventus” rəhbərliyinin yarımmüdafiəçi Miralem Pyaniç və müdafiəçilər Mattia de Şilyo və Daniele Ruqani ilə isə yolları ayırmağa hazır olduğu iddia edilir.