Kuadrado daha 3 il "Yuventus"da

"Yuventus" futbolçusu Xuan Kuadrado ilə yeni müqavilə imzalayıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, kolumbiyalı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2022-ci ilin yayına qədər uzadılıb.

Qeyd edək ki, 31 yaşlı oyunçu 2015/2016 mövsümündən Turin təmsilçisinin şərəfini qoruyur.