Zaniolo "Qalatasaray" fanatlarına mesaj verdi

Nikolo Zaniolo ötən mövsüm çıxış etdiyi “Qalatasaray” haqqında düşüncələrini paylaşıb.

Sportline.az Aspor.com.tr-yə istinadla xəbər verir ki, italiyalı futbolçu “sarı qırmızılar” haqqında “Qalatasaray” Türkiyənin ən böyük klubudur. Həyatım boyunca ilk dəfə kuboku bu komandada qazandım və hər zaman qəlbimdə daşıyacağam. Azarkeşlərə söz verirəm ki, bir gün mütləq qayıdacağam. “Kopenhagen”lə görüşdə “Qalatasaray”ın qələbə qazanacağını əminliklə deyə bilərəm”, - deyib.

Qeyd edək ki, Nikolo Zaniolo hazırda “Aston Villa”nın formasını geyinib.