Zədələnən Neymar imana gəldi
Ulduz futbolçu Neymar Braziliya - Uruqvay oyunundan sonra zədəsi ilə bağlı paylaşım edib.
Sportline.az xəbər verir ki, Braziliya millisinin və "Əl-Hilal"ın hücumçusu Solomonun məsəlləri kitabından bir hissə paylaşıb.
“İnsanın ürəyi öz yolunu planlaşdırır, amma Rəbb onun yolunu istiqamətləndirir” (Solomonun məsəlləri 16:9). Bütün şərəf və izzət hər zaman sənə məxsusdur, Allahım, nə deyirsən, de, inanıram”, - Neymar sosial şəbəkədə yazıb.
Neymar matçın sonlarında dizindən zədə alıb və meydanı xərəklə tərk edib.