Zədəsini sağaldan ispaniyalı cinah hücumçusu komanda ilə məşqlərə başlayıb
"Barselona" klubuna məxsus olan ispaniyalı cinah hücumçusu zədəsini sağladıb və yenidən məşqlərə başlayıb.
Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, hazırda "Brayton" klubunda çıxış edən Ansu Fati "Nottingem"lə görüş öncəsi komandanın düşərgəsinə qatılıb.
"Brayton" rəsmiləri 21 yaşlı cinah hücumçusunun zədəsini sağaltdığını və növbəti oynda yaşıl meydanlara qayıdacağını bildiriblər.
Qeyd edək ki, Ansu Fati "Barselona"dan "Brayton" klubuna icarə əsasında trasnfer olunub və bu mövsüm çıxdığı 17 matçda 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.