"Zenit" "Adanadəmirspor"un futbolçusunu istəyir

"Adanadəmirspor"un futbolçusu Yusuf Sarı karyerasını Rusiyada davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bunu Adana təmsilçisinin prezidenti Murat Sancak deyib.

Sancak bu haqda sosial şəbəkə hesabında məlumat paylaşıb.

O, bildirib ki, "Zenit"lə yanaşı "Marsel", "Renn" və "Lion" klubları da Sarının xidmətində maraqlıdırlar.

Qeyd edək ki, bu mövsüm 19 oyunda meydana çıxan 25 yaşlı futbolçu iki qol və 7 asist müəllifidir.