"Zenit" onunla maraqlanır

"Zenit"in qış transfer pəncərəsi üçün yeni hədəfi məlum olub.

Sprotline.az xəbər verir ki, Rusiya klubu "Benfika"nın vingeri David Nereslə maraqlanır.

Qeyd edək ki, "sambaçı" ötən ildən "Benfika"da çıxış edir. O, cari mövsümdə 12 matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Benfika" oyunçusu üçün 100 milyon avro istəyir.