"Zenit"in futbolçusu Braziliya klubunun radarında

Braziliyanın məşhur komandalarından "Palmeyras" heyətini gücləndirmək istəyir.

Sportline.az "Palestra News"a istinadla xəbər verir ki, "sambaçılar" "Zenit"in şərəfini qoruyan Klaudinyonu transfer etmək istəyirlər.

Yarımmüdafiəçinin keçidi üçün danışıqlar start götürməyib.

Klaudinyo cari mövsüm "Zenit"də 17 oyuna 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.