“Zirə”nin rəqibi finala yüksəldi
“Zirə”nin Konfrans Liqasındakı rəqibi “Torpedo” Gürcüstan Superkubokunda yarımfinal oyununa çıxıb.
Sportline.az xəbər verir ki, Kutaisi təmsilçisi “Dila Qori” ilə qarşılaşıb. Matç “Torpedo”nun minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.
Oyuna yeganə qolu 73-cü dəqiqədə Vladimer Mamuşaşvili vurub.
"Torpedo" iyulun 1-də keçiriləcək finalda “İberiya 1999” ilə qarşılaşacaq.
Qeyd edək ki, “Zirə”nin Gürcüstan klubuna qarşı ilk oyunu iyulun 8-də Sumqayıtda, cavab görüşü iyulun 16-da Kutaisidə olacaq.