Zladko Daliç İspaniya ilə oyunu şəhr edib
Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç İspaniyaya qarşı alının 3-0 hesablı məğlubiyyəti dəyərləndirib.
Sportline.az xəbər verir ki, 57 yaşlı mütəxəssis oyun sonrası mətbuat konfransında bu fikirləri səsləndirib.
"Bizim üçün yaxşı başlanğıç olmadı, İspaniyanı təbrik edirəm. Enerjimiz və aqressivliyimiz çatışmırdı və səhv ucbatından ilk qolu buraxdıq.Ən pisi isə odur ki, ilk hissəyə artırılmış dəqiqələrdə 3-cü qolu qapımızda gördük.
Səhvlərimizi analiz edəcəyik. Rəqibə ciddi boşluqlar verdik və cəzalandırıldıq. Qrupda daha iki oyunumuz var.Artıq o oyunlara köklənməli və qələbələr qazanmalıyıq" deyə Daliç bildirib.
Qeyd edək ki, Xorvatiya qrupda növbəti oyununu iyunun 19-da Albaniyaya qarşı keçirəcək.