“Arsenal”ın gözü isveçli futbolçunun üzərindədir

“Arsenal” “Sportinq”in isveçli futbolçusu Viktor Gyökeresi transfer etmək istəyir.

Sportline.az xəbər verir ki, bu haqda insayder David Ornşteyn öz şəxsi “X” hesabında paylaşım edib.

London klubu Gyökeresüçün mövsümün sonunda “Sportinq”ə rəsmi təklif göndərəcək.

Qeyd edək ki, 26 yaşlı forvardın Portuqaliya klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədərnəzərdə tutulub.

O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 42 matçda 42 qol və 11 məhsuldarötürmə müəllifi olub.

Xatırladaq ki, “Sportinq” Gyökeres üçün 75 milyon avro tələb edir.