1 qol - 3 xal

Premyer Liqanın 10-cu turunun matçında "Everton" səfərdə "Vest Hem"ə qalib gəlib - 1:0.

Sportline.az xəbər verir ki, yeganə qolu 51-ci dəqiqədə Dominik Kalvert-Lyuin vurub.

"Everton" 10 xal toplayıb və Premyer Liqada 15-ci pilləyə yüksəlib. “Vest Hem” 14 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.