10 km yüksəklikdə pit-stop
“Formula 1” üzrə dünya çempionatında iştirak edən “Red Bull” komandasının texniki dəstək briqadası çəkisizlik şəraitində pit-stop həyata keçirib.
Sportline.az xəbər verir ki, onlar bunu İl-76 təyyarəsinin göyərtəsində, yerdən 10 000 metr yüksəklikdə gerçəkləşdiriblər.
Qeyd edək ki, “Red Bull” komandasının üzvləri ötən həftə “Formula 1”də özlərinə məxsus pit-stop rekordunu yeniləyiblər. İşçi heyəti Braziliya Qran-prisində qalib gələn Maks Ferstappenin bolidini 1,82 saniyəyə yola salıb.