16 yaşında debüt edə bilər

"Yuventus"un gənc ulduzu Moyze Kin A Seriyada debüt etməyə hazırlaşır. SportLine.az "TuttoSport"a istinadən xəbər verir ki, 13-cü tur çərçivəsində "Peskara"ya qarşı keçiriləcək oyunda azarkeşlər onu meydanda görə bilərlər. Belə ki, "Qoca Sinyora"nın bəzi futbolçuları zədəlidir. Buna görə də, baş məşqçi Massimiliano Alleqri 16 yaşlı forvarda şans verə bilər.


Qeyd edək ki, “Yuventus”un gənc forvardı mayda ölkəmizdə keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatında forma geyib.