16 yaşlı "Barselona"lı İspaniya millisində

"Barselona"nın 16 yaşlı ulduzu Ansu Fati İspaniya millisinə dəvət alıb.

Sportline.az AS nəşrinə istinadən xəbər verir ki, seçmənin çalışdırıcısı Roberto Moreno gənc vingeri 40 nəfərlik geniş siyahıya əlavə edib.

Qvineya-Bisauda doğulan futbolçu İspaniya pasportunu alıb və bu ölkənin millisini seçib.

"Barselona"nın yetirməsi bu mövsüm La Liqada 5 oyuna 2 qol vurub, 1 assist edib.