18 yaşlı belaruslu futbolçu "Portu"da

Minsk "Dinamo"sunun hücumçusu Trofim Melniçenko karyerasını Portuqaliyada davam etdirəcək.

Sportline.az xəbər verir ki, 18 yaşlı futbolçu "Portu"nun formasını geyinəcək.

Bu haqda "A Bola" məlumat paylaşıb.

Mənbənin verdiyi məlumata görə o, Portuqaliya nəhəngi ilə 3,5 illik müqavilə bağlayıb.

Bu transfer "Portu"ya 350 min avroya başa gəlib.