185 milyon avroluq müqavilə
"Ferrari"nin pilotu Şarl Lekler komandası ilə yeni müqavilə bağlayıb.
Sportline.az sportune.20minutes.fr saytına istinadla xəbər verir ki, o, eyni zamanda "Mersedes", "Aston Martin", "Alpin" və "Red Bull" komandaları ilə də danışıq aparıb.
Yekunda isə "Ferrari" ilə anlaşmağa üstünlük verib.
Müqavilənin şərtlərinə əsasən Lekler 2+3 sistemi ilə ümumilikdə 185 milyon avro qazanacaq.