2000-ci illərin ən yaxşı yarımmüdafiəçisi açıqlandı
FourFourTwo jurnalı 2000-ci illərin ən yaxşı yarımmüdafiəçilərinin reytinqini tərtib edib.
Sportline.az xəbər verir ki, "Mançester Yunayted" və "Real" ın sabiq futbolçusu Kriştiano Ronaldo bu nominasiyada bütün rəqiblərini qabaqlayıb.
Zinedin Zidanikinci, Kaka isə üçüncü yerdə qərarlaşıb.
Ilk 20-likdə həmçinin Xavi, Pirlo, Inyesta, Fiqu, Nedved, Deku, Lempard, Cerrard, Buskets, Ballak, Skouls, Fabregas, Qattuzo, Giqqs, Mendyeta, Bekhem və Robbenin də adı var.
Qeyd edək ki, 38 yaşlı Ronaldo hazırda Səudiyyə Ərəbistanı çempionatında mübarizə aparan "Əl-Nəsr"in formasını geyinir.