23 hakimdən 8-i cəzalandırıldı

Rusiya futbolu radikal qərarlarla yenidən gündəmə gəlib.

Sportline.az xəbər verir ki, Hakimlər İdarəsi Rusiya çempionatında ədalətsiz qərarlar verən 8 hakimi cəzalandırıb.

Çempionatında davamlı təyinat alan 23 hakimdən 8-i 14-cü turun oyunlarına təyin olunmayacaq.

Qeyd edək ki, onlar Aleksey Amelin, Yan Bobrovski, Roman Qalimov, Yevgeni Turbin, Vitali Meşkov, Artur Fedorov, Artyom Çistyakov və Rafael Şafeyevdir.