44 zərbəlik penalti seriyası

Şimali İrlandiya kuboku turnirində ən uzun sürəli penalti seriyası qeydə alınıb.

Sportline.az xəbər verir ki, bu, yarışın 1/8 finalında yaşanıb.

"Kolreyn" və "Ballimina" komandalarının oyunsonrası penati seriyasında qapılara 44 zərbə endirilib.

Burada daha dəqiq oynayan "Kolreyn" futbolçuları 18:17 hesabı ilə qalib gəliblər. 

Goal saytının verdiyi xəbərə görə, bu, dünya futbolu tarixinin ən uzun penalti seriyaları arasında 3-cü olub.