63 illik rekord qırıldı

NBA-da tarixi hadisə qeydə alınıb.

Sportline.az xəbər verir ki, Şai Giles-Aleksander çıxış etdiyi “Oklahoma Siti Tander”in heyətində növbəti rekord müəyyənləşdirib. Komandası doğma meydanda “Boston Seltiks”i 104:102 hesabı ilə məğlub edib.

Kanadalı ulduz basketbolçu bu qarşılaşmada 35 xal toplayaraq NBA tarixində yeni göstəriciyə imza atıb. O, ardıcıl 127 oyunda ən azı 20 xal toplamaqla 63 il əvvəl müəyyənləşdirilmiş rekordu geridə qoyub.

Əvvəlki rekord isə əfsanəvi basketbolçu Uilt Çemberleynə məxsus idi. Beləliklə, Giles Aleksander bu göstərici ilə NBA tarixində yeni rekordun sahibi olub.