AÇ: Azərbaycan Andorraya da uduzdu

Basketbol üzrə Azərbaycan milli komandası Maltada təşkil olunan kiçik ölkələrin Avropa çempionatında bu gün növbəti oyununu keçirib.

Sportline.az xəbər verir ki, A qrupunda yer alan komandamız II turda Andorra ilə qarşılaşıb. Görüş Bakı vaxtı ilə saat 18:15-də başlanıb. Oyunda komandamız 69:72 hesabı ilə uduzub.

Aleksandar Trifunoviçin rəhbərlik etdiyi kollektiv ilk turda ev sahiblərinə 71:73 hesabı ilə uduzub.

Kiçik ölkələrin Avropa çempionatı

A qrupu, II tur

18:15. Azərbaycan - Andorra 69:72