"Qrupumuzdan istənilən komanda pley-offa yüksələ bilər"
"Qrupumuzdan istənilən komanda pley-offa yüksələ bilər".
Sprotline.az xəbər verir ki, bunu PSJ-nin baş məşqçisi Luis Enrike "RMC Sport"a Çempionlar Liqası barədə danışarkən deyib.
“Qrupumuzdan istənilən komanda pley-offa yüksələ bilər. Həmişə hücum etməyə çalışırıq, amma daha yaxşı müdafiə olunmalıyıq. İndi bütün komandaların eyni şansları var”, - deyə Enrike bildirib.
Qeyd edək ki, PSJ ÇL-də 3 xalla F qrupunun ikincisidir.