ABŞ-li üzgüçü Keti Ledekki Olimpiya rekordunu qırıb

Amerikalı üzgüçü Keti Ledekki Paris Olimpiyadasında qadınlar arasında 1500 metr məsafəyə sərbəst üzgüçülük növündə öz rekordunu təzələyərək çempion olub.

Sportline.az xəbər verir ki, idmançı 1500 metr məsafəni (15.30.02) dəqiqəyə qət edərək qızıl medalın sahibi olub..Keti Ledekkinin Tokiyo 2020 Olimpiyadasında rekordu (15.35.35) idi.

Bu növdə fransalı Anastasiya Kirpiçnikova 15.40.35-lik  nəticə ilə gümüş, alman İzabel Qose 15.41.16-lik nəticə ilə bürünc medal qazanıb.