"Adana Demirspor" klubu Yusuf Sarıyla bağlı son qərarını verdi

"Adana Demirspro" klubu  diqqət mərkəzinə düşən Yusuf Sarı ümün 5 milyon avro tələb edib.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Beşiktaş" və "Qalatasaray"ın 25 yaşlı sağ cinah hücumçusu ilə maraqlanmağa başladığı bildirilib. 

"Adana Demirspor" rəhbərliyi təklif göndərən klublara futbolçu üçün 5 milyon avro tələb etdiyini bildirib.

Qeyd edək ki, Yusuf Sarı bu mövsüm "Adana Demirspor" forması ilə çıxdığı 19 oyunda 2 qol 7 asistlə yadda qalıb.