"Adana Demirspor"un qapıçısı Yunanıstan klubuna keçə bilər
Yunanıstan klubu "Adana Demirspor"un türkiyəli qolkiperi ilə maraqlanır.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Fatih Terimin başçılıq etdiyi "Panatinaykos" klubu Ertaç Özbiri transfer etməkdə qərarlıdır. 34 yaşlı qolkiper ombasında yaranan zədə üzündən uzun müddət yaşıl meydanlardan uzaq qalıb. Fatih Terimin qapıçı ilə görüşdüyü bildirilib.
Komandalar arasında razılıq əldə olunduğu və transferin ən qısa zamanda gerçəkləşəcəyi deyilib.
Qeyd edək ki, Fatih Terim "Panatinaykos"la çıxdığı 3 matçda 2 qələbə 1 heç-heçə əldə edib.