AFFA Məşqçilər Komitəsinə yeni üzv seçilib

AFFA Məşqçilər Komitəsinə yeni üzv seçilib.

Sportline.az xəbər verir ki, Əsgər Abdullayev artıq komitədə çalışacaq.

Təcrübəli mütəxəssis "Report"a açıqlamasında xəbəri təsdiqləyib.

Qeyd edək ki, Əsgər Abdullayev 2023-cü ildə "İmişli"nin baş məşqçisi təyin olunanda Məşqçilər Komitəsindən ayrılmışdı.