Afrikada ilin məşqçisi seçilib
Mərakeş millisinin baş məşqçisi Valid Reqraqui Afrikada ilin ən yaxşı baş məşqçisi seçilib.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, təcrübəli müətxəssis Mərakeş millisi ilə iştirak etdiyi 2022-ci il Dünya çempionatını 4-cü sırada tamamlayaraq tarixi uğura imza atıb.
Valid Reqraquinin futbolçu karyerasında 199 oyuna çıxıb və 6 qol 2 asistlə yadda qalıb.
Qeyd edək ki, Valid Reqraqui futbolçu karyerasını 2009-cu ildə başa vurub