Afrikalı basketbolçular uduzduqları oyundan sonra bir-biri ilə dava edib
Qadınlardan ibarət Mali millisinin basketbolçuları Avstraliyada keçirilən dünya çempionatında Serbiyaya uduzduqları oyundan sonra bir-biri ilə dava edib.
Sportline.az xəbər verir ki, yığma üzvlərindən Salimatu Kuruma və Kamite Elizabet Dabu dalaşıb.
Onları digər basketbolçular və milli yığma komandanın məşqçilər korpusunun üzvləri sakitləşdirib.
Qeyd edək ki, qarşılaşma Serbiyanın 81:68 hesablı qələbəsi ilə yekunlaşıb. Afrika komandası mundialda ardıcıl 4-cü görüşündə uduzub və pley-offa çıxmaq şansını itirib.