"Akinfeyev Buffondan daha çox oynaya bilər"
Moskva ÇSKA-sının keçmiş futbolçusu Miloş Krasiç komandanın qolkiperi İqor Akinfeyevin gələcəyindən danışıb.
Sportline.az xəbər verir ki, "Sport24"ə açıqlama verən yarımmüdafiəçi İqorun Buffondan daha çox oynaya biləcəyini istisna etməyib.
“Akinfeyev peşəkar futbolçudur. Daha çox oynaya bilər. Düşünürəm ki, o, Canluici Buffondan daha çox qapıda dayana biləcək”, - deyə Krasiç bildirib.
Akinfeyevin hazırda 37 yaşı var.