Aleksey Şpilevski: "İlk oyunda biz mərhələni uduzmuşduq"

"Neftçi"ni təbrik edirəm və onlara uğur arzulayıram. İlk oyunun ilk hissəsində 100 faizli şanslardan yararlana bilmədik. Elə həmin oyunda biz mərhələni uduzduq".

Sportline.az xəbər verir ki, bunu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşması olan "Neftçi" - "Aris" oyunundan sonra qonaq komandanın baş məşqçisi Aleksey Şpilevski deyib.

34 yaşlı mütəxəssis bildirib ki, uşaq səhvləri buraxıblar: "Qırmızı vərəqədən sonra heç cür oyunumuzu tapa bilmədik. Bu gün bizə daha çətin idi. Çünki "Neftçi" azarkeşləri önündə oynayırdı. Bəlkə də bir il gözləməli olacağıq ki, növbəti dəfə avrokuboklarda çıxış edək. Bəlkə yenidən "Neftçi" ilə qarşılaşdıq".

O qeyd edib ki, aqressiv futbol nümayiş etdirməkləri normaldır: "Yəqin ki, siz İngiltərə futboluna da baxmısınız. Orada da bu cür futbol nümayiş etdirilir. Düzdür, Morqan Braun ikinci sarı vərəqəni alanda kobudluq etdi. Ancaq ümumilikdə bu cür futbol oynamaqda qeyri-adi bir şey görmürəm. Hesab bizdən belə oynamağı tələb edirdi".

Belaruslu məşqçi bildirib ki, futbolçularından fərqli olaraq, o, rəqibdən Bakıda daha fərqli oyun gözləyirmiş: "İlk oyunda 2:0 hesablı qələbə qazandıqdan sonra futbolçularda arxayınlıq ola bilər. Mən isə bilirdim ki, bizə Bakıda çətin olacaq".

Qeyd edək ki, "Neftçi" bu oyunda 3:0 qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.