Alleqri "Napoli"ni fərqləndirdi
İtaliyanın "Yuventus" klubunun çalışdırıcısı Massimiliano Alleqri A Seriyasının hazrıkı durumundan danışıbş
Sportline.az "Football Italia"ya istinadla xəbər verir ki, təcrübəli mütəxəssis "Yuventus"u çempionluq üçün favorit saymır.
“Napoli son çempiondur, ona görə də favoritdir. “İnter” də güclü komandadır. "Yuventus"u favorit hesab etmirəm. Bizim çoxlu gənc futbolçularımız var. Bu komandanı böyük gələcək gözləyir, amma bizə səbr lazımdır. Gələn mövsüm Çempionlar Liqasında oynamaq üçün ilk dördlüyə daxil olmalıyıq”, - deyə Alleqri bildirib.