Almaniya milli komandasında dəyişiklik yaşanıb

AVRO 2024-ün ev sahibi Almaniya komandasına dəyişiklik qeydə alınıb.

Sportline.az milli komandanın mətbuat xidmətinə istinadla xəbər verir ki, xəstəlik səbəbi ilə heyətdən çıxarılan Aleksandr Pavloviçin əvəzinə Emre Can milliyə dəvət olunub.

Heyətdə etdikləri dəyişikliklə bağlı Almaniya milli komandasının baş məşqçisi Yulian Naqelsmann, "Heyətdə 6 nömrədə oynaya biləcək başqa bir futbolçu istəyirik və buna görə də Emre Canı çağırmağa qərar verdik. O da həyəcanını və istəyini dilə gətirdi. Heyətdə bir neçə mövqedə çıxış edə biləcək oyunçu olmasını istədik", - deyib.

Qeyd edək ki, iyunun 14-də başlanacaq Avropa Çempionatının açılış oyununda Almaniya millisi Şotlandiya ilə qarşılaşacaq.