Almaniya-Şotlandiya: ehtimal olunan start heyətlər

2024-cü il Avropa Çempionatı bu gün Almaniya-Şotlandiya oyunu ilə start götürəcək.

Sportline.az xəbər verir ki, hər 2 komandanın oyun üçün ehtimal olunan heyətləri açıqlanıb.

Ev sahibi Almaniyanın görüşə bu heyətlə çıxacağı gözlənilir.

Noyer, Kimmix, Rüdiger, Tah, Mittelştad, Andrix, Kroos, Musiala, Gündoğan, Virtz, Havertz.

Şotlandiyanın isə ehtimal olunun start 11-liyi belədir.

Qunn, Ralston, Porteus, Hendri, Tirni, Robertson, Mek Tominey, Gilmour, Mekqreqor, Mekqin, Adams.

Qeyd edək ki, qrupun digər görüşündə Macaristan və İsveçrə komandaları qarşılaşacaqlar.