Almaniyalı futbolçu İngiltərə klublarının diqqət mərkəzinə düşüb

"Bavariya" klubunun 21 yaşlı almaniyalı futbolçusu İngiltərə klublarının diqqət mərkəzinə düşüb. 

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, Camal Musiala "Bavariya"nın yeni müqavilə təklifini qəbul etməyib.

Gənc yarımmüdafiəçinin bu qərarından sonra "Liverpul", "Mançester Siti" və "Arsenal" klublarını hərəkətə keçirib.

Qeyd edək ki, Camal Musiala bu mövsüm çıxdığı 28 oyunda 9 qol qol, 4 asistlə yadda qalıb.