Alonso Alen Prosta çatdı
"Aston Martin"in pilotu Fernando Alonso Alen Prostun göstəricisini təkrarlayıb.
Sportline.az xəbər verir ki, ispaniyalı idmançı buna Formula 1 üzrə dünya çempionatının Braziliya Qran-prisindəki nəticəsi ilə nail olub.
Bu yarışda 3-cü yeri tutan Alonso karyerasında 106-cı dəfə fəxri kürsüyə qalxıb.
Braziliya Qran-prisi Maks Ferstappenin qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Formula 1 tarixində ən çox podiuma qalxan pilot Luis Hemiltondur.
O, 198 dəfə bu şərəfə layiq görülüb.